"Neftçi" Braziliyalılara uduzdu - VİDEO

"Neftçi" Braziliyalılara uduzdu - VİDEO
Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici komandası yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Bakı klubu braziliyalılarla qarşılaşıb.
Belə ki, "Neftçi" Braziliyanın "San Karlos" klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. "Neftçi"nin qolunu Azərbaycansayağı künc zərbəsindən Mirabdulla Abbasov vurub.
Qeyd edək ki, "San Karlos" klubu 2004-cü ildə yaradılıb. Braziliyanın A2 seriyasında (Campeonato Paulista de Futebol - Serie A2) çıхış edən komandaya Felikio Kunya başçılıq edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər