"Neftçi" braziliyalı futbolçusunu yola salır - ÖZƏL

"Neftçi" braziliyalı futbolçusunu yola salır - ÖZƏL

"Neftçi"nin qış fasiləsində yolları ayıracağı daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, paytaxt klubu Denis Silva ilə əməkdaşlığa son qoyacaq.

Qış fasiləsindən sonra əsas heyətdəki yerini itirən futbolçuya Böyükağa Hacıyev artıq güvənmir. Baş məşqçi zədəli futbolçuların çox olduğu dövrdə start heyətində yer verdiyi braziliyalını son 5 matçdan yalnız 2-də, özü də sona bir neçə dəqiqə qalmış meydana buraxıb. Mövsümün sonunda Denisin müqaviləsinin müddəti başa çatmayacaq. Amma "Neftçi" onunla qarşılıqlı razılıq əsasında yolları ayırmaq niyyətindədi. 

Artıq Silvanın xidmətində maraqlı olan klublar da var. Adlarını dəqiqləşdirə bilmədiyimiz Braziliyanın B seriyasında çıxış edən iki klub onu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Denis Silva 2008-2010-cu illərdə "Xəzər Lənkəran"da, 2010-2012-ci illərdə "Neftçi"də çıxış edib. 2012-ci ildə vətəninə dönüb müqavilə ilə məxsus olduğu "Qremio"da forma geyinən müdafiəçi ötən qış yenidən ölkəmizə qayıdıb. O, cari mövsümdə "Neftçi"nin formasında 4 turnirdə (Premyer Liqa, Azərbaycan Kuboku, Superkubok və Avropa Liqasında) 27 oyun keçirib və 1 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər