"Neftçi" Boluda - FOTO

"Neftçi" Boluda - FOTO
"Neftçi" yeni mövsümə hazırlığının ilk mərhələsinə start verib. Fanat.az xəbər verir ki, bu gün səhər saatlarında Türkiyəyə yola düşmüş komanda Bolu şəhərində yerləşən “Koru” otelində məskunlaşıb. 
Hazırlığın ilk mərhələsində əsasən fiziki təlimlərə üstünlük veriləcək. İyun ayının 28-ə kimi davam edəcək hazırlıq müddətində "Neftçi" bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq. Hələlik "ağ-qaralar"ın iki rəqibi müəyyənləşib. Belə ki, "Neftçi" Gürcüstanın "Çixura" və Səudiyyə Ərəbistanının "Əl Taavon" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, "Neftçi" təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək. Ölkə kubokunun son qalibi orada da bir neçə yoldaşlıq oyununun keçirilməyi nəzərdə tutub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər