"Neftçi" Bertuççini saxladı

"Neftçi" Bertuççini saxladı
"Neftçi" daha bir futbolçusu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevi "Ankaraspor"a geri verməyən və Erik Ramosu geri qaytaran paytaxt klubu Bruno Bertuççini də heyətdə saxlayıb.
Braziliyalı futbolçu vətənindən təklif almışdı. Belə ki, Braziliya A Seriyası təmsmlçilərindən biri onun xidmətində maraqlı idi. Hətta "Neftçi" Bertuççiyə həmin klubla danışıqlar aparmağa icazə vermişdi. Lakin yarımmüdafiəçinin transferi baş tutmayıb və "Neftçi"də qalıb.
Qeyd edək ki, 2011-ci ildə İsveçrənin "Qrasşopper" klubundan "Neftçi"yə keçən Bertuççi ölkəmizdə 71 oyuna çıxıb və 3 qol vurub. O, əvvəllər Braziliyanın "Korintians", "San Kaetano", "Braqantino" və Türkiyənin "Eskişəhərspor" klublarında oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər