"Neftçi" belaruslu hakimlərə tapşırıldı

"Neftçi" belaruslu hakimlərə tapşırıldı
Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) - “Koper” (Sloveniya) oyununu idarə edəcək baş hakim müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA matçı belaruslu hakimlər briqadasına tapşırıb.
Qarşılaşmanın baş hakimi Denis Şerbakov olacaq. Ona həmyerlilərindən ibarət briqada kömək edəcək. Bu oyun iyulun 17-də Bakıdakı “Bakcell Arena”da baş tutacaq və saat 20.00-da başlayacaq.
Denis Şerbakovun 36 yaşı var. O, 2012-ci ildən FIFA referisi statusu daşıyır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər