“Neftçi” yeni mövsümün hazırlığına start verib. Fanat.az xəbər verir ki, klubun təlim-məşq bazasında baş tutmuş ilk məşqdə əsasən yerli futbolçular iştirak edib.
Legioner futbolçular və “Neftçi”nin milli komandaların heyətinə cəlb edilmiş üzvləri Türkiyənin Bolu şəhərində keçiriləcək hazırlıqda düşərgəyə qoşulacaq.
Qeyd edək ki, "Neftçi" iyunun 12-nə kimi Bakıda hazırlıq keçəcək. Bundan sonra isə komandanın Türkiyə və Avstriyada iki mərhələli təlim-məşq prosesi baş tutacaq.
Fanat.az