"Partizan"ın avtobusuna hücum etməkdə suçlanan bəzi "Neftçi" azarkeşlərinə hökm oxunub. Fanat.az xəbər verir ki, saxlanılan 100-ədək fanatdan çoxusu ifadə verdikdən sonra azadlığa buraxılıb.
4 nəfərə isə hökm oxunub. Belə ki, Zamin Əliyev 15, Sübhan Əliyevlə Cəmil Mustafazadə 20, Qədir Qədirov isə 90 gün azadlıqdan məhrum edilib. Beləliklə, 4 azarkeşə ümimikdə 145 gün cəza verilib. Sonuncunun cəzasının ağırlığına "Facebook"da qızışdırıcı statuslar yazması səbəb olub.
Fanat.az