Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” - “Partizan” oyunu keçiriləcək. Fanat.az xəbər verir ki, "Neftçi" oyundan əvvəl azarkeşlərə müraciət edib:
"Azarkeşlərdən xahiş edirik ki, baş verə biləcək hər hansı təxribata uymasınlar. Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınıb. Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər".
Fanat.az