"Neftçi" - AZAL matçının saatı açıqlandı

"Neftçi" - AZAL matçının saatı açıqlandı

Martın 4-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Fanat.az хəbər verir ki, artıq iki oyunun başlama saatı müəyyənləşib. 

Həmin gün baş tutacaq "Neftçi" - AZAL matçı saat 17.00-da start götürəcək. Bundan iki saat sonra isə "Qəbələ" - "Simurq" oyunu başlayacaq. Hər iki oyun "İdman Azərbaycan" kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, 1/4 finalın digər iki oyununda "İnter" "Xəzər Lənkəran"ı, "Qarabağ" "Bakı"nı sınağa çəkəcək. Mərhələnin cavab görüşləri martın 13-də baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər