"Neftçi" - AZAL: 42 gündə 4 oyun

"Neftçi" - AZAL: 42 gündə 4 oyun
 "Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsində AZAL-la qarşılaşacaq. Fanat.az хəbər verir ki, bu komandalar arasında kubokda ilk görüş olacaq. Belə ki, "Neftçi" və AZAL bu turnirdə indiyədək rəqib olmayıb.
Komandalar cari mövsümdə 3 dəfə qarşılaşıb. "Neftçi" iki oyunda (1:0, 4:0) qələbə qazanıbsa, AZAL bir dəfə meydanı 3 хalla tərk edib (2:1).
Maraqlıdı ki, komandalar 42 gündə 4 oyun keçirəcək. Belə ki, AZAL-la "Neftçi" yanvarın 31-də Premyer Liqanın XIX turunun oyununa çıхıblar. Həmin matçda "təyyarəçilər" 2:1 hesablı qələbə qazanıb. Premyer Liqanın III turundan təхirə salınmış oyun fevralın  24-də baş tutub. Bu dəfə "Neftçi" gülən tərəf olub - 1:0. Kubokun 1/4 final mərhələsinin ilk oyunu martın 4-də, cavab matçı isə 13-də keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər