"Neftçi" avstriyalılara tapşırıldı

"Neftçi" avstriyalılara tapşırıldı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Partizan" oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Fanat.az xəbər verir ki, UEFA matçı avstriyalı hakimlərə tapşırıb.
Matçın baş hakimi Robert Şörgenhofer olacaq. Ona Matias Vinsauerlə Roland Brandner yardımçı olacaq. 4-cü hakim funksiyasını Dominik Uşan yerinə yetirəcək. 
Hakimlərin işinə fransız hakim-inspektor Mişel Votro qiymət verəcək. UEFA nümayəndəsi isə Belçikadan Kriss Bellon olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər