"Neftçi" Araz Abdullayevlə bağlı qərar verdi

"Neftçi" Araz Abdullayevlə bağlı qərar verdi

"Neftçi"nin "üsyançı" futbolçusu Araz Abdullayev bağışlanıb. Fanat.az xəbər verir ki, VIII turda "Sumqayıt"la baş tutan oyunda əvəzlənən yarımmüdafiəçi baş məşqçi Arif Əsədova etiraz etdiyinə görə əvəzedici heyətə göndərilmişdi.

Futbolçu etdiyi hərəkətə görə baş məşqçi, rəhbərlik və komanda yoldaşlarından üzr istədikdən sonra bağışlanıb.

Qeyd edək ki, Abdullayev IX turda baş tutan "Neftçi" - "İnter" qarşılaşmasında iştirak etməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər