Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq prosesinin ikinci mərhələsi çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Almaniyanın “Dinamo” (Drezden) klubu ilə qarşılaşıb.
Oyun Böyükağa Hacıyevin yetirmələrinin məğlubiyyəti ilə başa çatıb - 1:2. Hesabı Samir Məsimov hesabı açsa da, almaniyalılar 2 qol vuraraq qələbə qazanıb. Flavinyo penalti zərbəsindən yararlanmayıb.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Avstriyada Kiyev "Dinamo"su ilə heç-heçə edib (2:2), Rumıniyanın "Botoşani" klubuna uduzub (0:3). "Ağ-qaralar" Türkiyənin Bolu şəhərindəki toplanış zamanı 3 oyuna çıxmışdı. Gürcüstan "Çixura"sına bir matçda uduzub (2:3), birində heç-heçə edən (1:1) "Neftçi" Səudiyyə Ərəbistanının "Əl-Qadisiya" klubuna qalib gəlib - 3:1.
Fanat.az