"Neftçi" xaricdə oynayan bir futbolçusu ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Julius Vobayı geri qaytarır.
Birləşmiş Ərəb Əmirliklərinin "Əl Şaab" klubunda icarə əsasında çıxış edən Sierra Leone yığmasının üzvü yeni mövsümdə "Neftçi"nin heyətində yer alacaq. Birləşmiş Ərəb Əmirliklərində mövsüm mayın 10-da başa çatacaq. Vobay isə "ağ-qaralar"ın düşərgəsinə yeni mövsümün hazırlıqlarına start veriləndə qoşulacaq.
Qeyd edək ki, afrikalı futbolçu "Neftçi"nin heyətində 50 oyun keçirib və 12 qol vurub.
Fanat.az