"Neftçi" 4-cü darmadağına imza ata biləcək?

"Neftçi" 4-cü darmadağına imza ata biləcək?
"Neftçi" Topaz Premyer Liqasının XXXI turunda "Sumqayıt"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatda 8-ci oyun olacaq.
"Ağ-qaralar" gənclik şəhəri təmsilçisi ilə oyunlarda daha çox qələbə qazanıb. 4 dəfə 3 xala sevinən "Neftçi" 2 oyunda meydanı xalsız tərk edib. 1 matçda tərəflər heç-heçəyə razılaşıb. "Neftçi"nin 19 qoluna "Sumqayıt" 7 dəfə cavab verib.
Öz meydanında rəqibinə uduzmayan paytaxt təmsilçisi bu görüşlərdə 5-ci qələbəni qazanmağa və 20-ci qolu vurmağa çalışacaq.
"Neftçi" "Sumqayıt"la ounlarda 3 dəfə darmadağına sevinib. Belə ki, komandalar arasında oyunlarda 3:0, 4:0 və 8:1 hesabları qeydə alınıb.

21.08.2011

Neftçi (Bakı) – Sumqayıt Şəhər

4:0

15.02.2012

Sumqayıt Şəhər – Neftçi (Bakı)

0:3

24.09.2012

Sumqayıt – Neftçi (Bakı)

3:2

17.11.2012

Neftçi (Bakı) – Sumqayıt

8:1

21.09.2013

Neftçi (Bakı) – Sumqayıt

0:0

30.11.2013

Sumqayıt – Neftçi (Bakı)

1:2

23.02.2014

Sumqayıt – Neftçi (Bakı

2:0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər