"Bakcell U-14 Elit Kuboku"nun final oyunu keçirilib. Fanat.az xəbər verir ki, həlledici matçda "Neftçi" və "İnter" qarşılaşıb.
"Bayıl Arena"da baş tutan matçda "ağ-qaralar" 2:0 hesabı ilə qalib gələrək "Bakcell U-14 Elit Kuboku" turnirinin qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Bakcell" şirkətinin nümayəndələri Fərid Dadaşov və Ayaz Əhmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov, Azərbaycan milli komandasının üzvləri Vaqif Cavadov və Rauf Əliyev, "Neftçi"nin prezidenti Sadıq Sadıqov və "İnter"nin kənar-idarəçisi Georgi Nikolov təqdim ediblər.
Fanat.az