"Neftçi" 2 məşqçi ilə yolları ayırdı

"Neftçi" 2 məşqçi ilə yolları ayırdı

"Neftçi" klubunda ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub akademiyasında fəaliyyət göstərən iki məşqçi postundan göndərilib.

Söhbət İsmayıl Məmmədovla Xəyyam Bəkirovdan gedir. Məmmədov U-16-da Eldəniz Məmmədovun, Bəkirov isə U-15-də Rəşad Hüseynovun köməkçisi kimi çalışırdı. 

Qeyd edək ki, "Neftçi"nin 16 yaşlıları son mövsüm çempion "Qarabağ"dan 9 xal geri qalaraq 2-ci yeri tutub, 15 yaşlılar isə müvafiq liqanı 4-cü yerdə başa vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər