"Napoli" "Çelsi"nin müdafiəçisi ilə gücləndi

"Napoli" "Çelsi"nin müdafiəçisi ilə gücləndi

"Napoli" "Çelsi"nin müdafiəçisi Benua Badyaşil ilə müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Sport Sky" yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı mərkəz müdafiəçisi "azzurri"yə 3 milyon avroya icarəyə veriləcək və 27 milyon avroluq transfer hüququ ilə transfer olunacaq. "Çelsi" fransız futbolçunun daimi transferində israr etsə də, sonda "Napoli"yə icarə əsasında keçməyə razılıq verib .

Badyaşil 2023-cü ilin yanvar ayından bəri "Çelsi"də oynayır. O, ötən mövsüm bütün turnirlərdə 16 oyun keçirib və qol vurmayıb.

"Napoli" ötən mövsümdə A Seriyasında ikinci yeri tutaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Massimiliano Alleqrinin komandası yeni mövsümə avqustun 22-də "Cenoa" ilə oyunla başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər