"Ünal Aysal "Qalatasaray"ı fəlakətə aparır"

"Ünal Aysal "Qalatasaray"ı fəlakətə aparır"
"Qalatasaray"ın sabiq prezidenti Adnan Polat Türkiyə mətbuatına müsahibə verib. Fanat.az xəbər verir ki, hazırkı vəziyyəti dəyərləndirən sabiq prezident Ünal Aysalın klubu fəlakətə apardığını bildirib.
Polat "Qalatasaran" böhran içində olduğunu deyib: "Ünal Aysal "Qalatasaray"ı fəlakətə aparır. Klubun 600 milyon dollar borcu var. "Qalatasaray"ın son illik gəlirləri azaldılıb. Klub ildə ən çox 100 milyon lirə gəlir əldə edir, amma xərclər 200 milyon lirəyə çatır. Teleyayım haqqlarından və mənim dönəmimdə imzalanan sponsorluq müqavitlələrindən başqa klubun gəliri yoxdu. "Qalatasaray" maliyyə böhranındadı. Vəziyyət rəhmətlik Özhan Canaydının vaxtından da pisdi. Konqress üzvləri görəsən bu vəziyyəti görürmü? Üzülərək deyirəm ki, yaxınlarda klubda idman böhranı da başlayacaq. İndiki durumda Rivanı belə satsalar "Qalatasaray"ı qurtara bilməzlər".
Sabiq prezident Ünal Aysalın klubdan qaçacağını bildirib: "Ünal Aysal "3 illiyə gəlmişəm" deyir. Amma bu yalnış fikirdi. Mayda qaçıb-gedəcək. "Qalatasaray"ın konqress üzvləri bizə dəstək olsaydı mən klubu bu vəziyyətdən qurtarardım".
Polat yenidən namizədliyini verməyəcəyini bildirib: "Yenidən prezidentliyə namizəd olmağı düşünmürəm. 600 milyon dollarlıq borc və gəliri olmayan klub üçün indi heç kim çıxıb rahatlıqla "prezidentliyə namizədəm" deyə bilməz. "Dərin" "Qalatasaray"lılar gəlsin Ünal Aysalla fəlakətə gedən klubu qurtarsın. "Qalatasaray"lılıqlarını o zaman göstərə bilərlər".
"Futbol transfer etmək asandı. Bu iş "çilək-ananas" işi deyil. Mən Droqbanı, Sneyderi ala bilməzdim? Bu transferləri bir saata edərdim", deyə Polat əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər