"Mançester Yunayted"dən 100 milyonluq transfer təklifi

"Mançester Yunayted"dən 100 milyonluq transfer təklifi

"Mançester Yunayted" "Torino"nun futbolçusu Andrea Belottini transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Məlumatda bildirilir ki, Zlatan İbrahimoviçin yanvara qədər sıradan çıxması, Ueyn Runinin komandadan getmək ehtimalını nəzərə alan Joze Mourinyo italyan ulduzun transferini istəyib. "Mançester Yunayted"in İtaliya klubuna 100 milyon avroluq təklif göndərəcəyi deyilir.

2021-ci ilin iyun ayının sonunadək "Torino" ilə müqaviləsi olan 23 yaşlı forvard bu kluba 2015-ci ildə "Palermo"dan 8,4 milyon avroya transfer olunub. "Transfermarkt" hazırda ona 30 milyon avro qiymət qoyub. Andrea Belotti cari mövsümdə 33 rəsmi oyuna çıxıb və 27 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər