"Mançester Yunayted"də şok qayıdış

"Mançester Yunayted"də şok qayıdış

Skot Maktomineyin "Mançester Yunayted"ə qayıdışı gündəmdədir.

Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" nəşri 29 yaşlı yarımmüdafiəçinin yenidən Premyer Liqada oynamaq arzusunda olduğunu iddia edir.

Hazırda bu transfer yarışında "qırmızı şeytanlar"ın favorit olduğu bildirilir. Şotlandiyalı futbolçunun İtaliyadakı həyatından məmnun olmasına baxmayaraq, karyerasının zirvəsində yenidən İngiltərəyə qayıtmaq istədiyi qeyd olunur.

"Napoli" isə ulduz futbolçusunu asanlıqla buraxmaq niyyətində deyil və onun üçün təxminən 80 milyon avro tələb edə bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər