"Onunla "Liverpul"u çalışdırmaq perspektivi barədə danışmamışam. Bu üzdən nə düşündüyünü bilmirəm. Amma səni "Liverpul" kimi klub istədiyi halda, imtina etmək üçün əsl kişi olmalısan".
Fanat.Az xəbər verir ki, bu sözləri Niderland millisinin və "Liverpul"un sabiq hücumçusu Dirk Küyt deyib.
"Liverpool Echo"ya danışan Dirk "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun "qırmızılar"ın çağırışına "yox" deməsinə münasibət bildirib:
"Məncə, Alonsonun öz səbəbləri var. Yəqin ki, indi məşqçilik karyerasını uğurla davam etdirmək haqda düşünür. Axı ötən mövsüm "Bayer"lə inanılmaz uğurlara imza atıb. Məncə, Alonso hələ işini başa çatdırmadığını hiss edib. Ola bilsin ki, daha çox təcrübə toplamaq, daha güclü məşqçiyə çevrilmək istəyir. Əminəm ki, iş yalnız Xabinin "Liverpul"u çalışdırmaq istəməməsində deyil".
Xatırladaq ki, Alonso 2022-ci ilin oktyabrından "Bayer"in baş məşqçisidir. "Əczaçılar" onun rəhbərliyi altında ötən mövsüm Bundesliqanın və Almaniya Kubokunun qalibi olublar. Eləcə də Avropa Liqasının finalına yüksələn Leverkuzen təmsilçisi həlledici matçda "Atalanta"ya uduzub - 0:3.
Nihat