Ötən həftəsonu səfərdə Premyer Liqa matçında “Kristal Pelas”a qalib gələn (1:0) “Liverpul”un əhvalını qapıçı Alissonun zədələnməsi korlamışdı.
Fanat.Az xəbər verir ki, “The Times” qəzeti braziliyalının sağalma prosesinin bir qədər uzun çəkəcəyi ilə bağlı məlumat yayıb.
Nəşrin məlumatına görə, qolkiper yalnız milli komandaların noyabr fasiləsindən sonra meydana qayıda biləcək.
Qeyd edək ki, Alisson bu il zədə səbəbindən uzun müddət oynamayıb. 32 yaşlı qolkiper bu səbəbdən yanvardan sonra 16 oyuna çıxmayıb.
"Liverpul" hazırda İngiltərə çempionatının turnir cədvəlində birinci yerdədir. Arne Slotun komandası 7 turda 18 xal toplayıb.
Mirağa