"Liverpul" Trentin yerinə yeni ulduz gətirir

"Liverpul" Trentin yerinə yeni ulduz gətirir

"Liverpul" rəhbərliyi cari mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilən sağ cinah müdafiəçisi Trent Aleksander-Arnolda potensial əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən jurnalist Saşa Tavolyeri yayıb.

Xəbərə görə, İngiltərə təmsilçisi bu ilin yayında "Real Madrid"ə qoşulacağı barədə məlumatlar dərc edilən Trentin yerinə "Bayern Münhen"in 29 yaşlı futbolçusu Yozua Kimmixi gətirmək variantını nəzərdən keçirir.

Cari mövsüm bütün turnirlərdə 25 matça çıxan Kimmix 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər