"Liverpul" Salahı onun həmyerlisi ilə əvəzləyir - Danışıqlar başladı

"Liverpul" Salahı onun həmyerlisi ilə əvəzləyir - Danışıqlar başladı

İngiltərənin “Liverpul” klubu “Ayntraxt Frankfurt”un forvardı Ömər Marmuşun transferi üçün yarışır. 

Fanat.Az xəbər verir ki, bu iddia tanınmış insayder Florian Plettenberqə məxsusdur. 

Mənbənin məlumatına görə, misirli hücumçu da Premyer Liqaya keçmək arzusundadır və mersisaydlıların vasitəçiləri artıq futbolçunun ətrafı ilə əlaqə saxlayıblar. Marmusun "qırmızılar"dan birbaşa təklif alacağı təqdirdə dərhal transferə razılıq verməyə hazır olduğu bildirilir.

Ömərin klubunun mövqeyinə gəlincə, Frankfurt təmsilçisi də öz liderinin potensial itkisi ilə barışıb və ona qiymət etiketi qoyub. "Ayntraxt" 25 yaşlı misirlini 50-60 milyon avroya satmağa hazırdır.

"Liverpul" Ömər Marmuşu onun həmyerlisi Salahın yerinə transfer etməyi hədəfləyir.

Marmuş ötən ay Bundesliqanın ən yaxşı oyunçusu seçilib. 11 matçda çıxan qoleador 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onunla London "Çelsi"si də maraqlanır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər