"Liverpul" Diası bu kluba satmaq üzrədir - MƏBLƏĞ

"Liverpul" Diası bu kluba satmaq üzrədir - MƏBLƏĞ

"Liverpul"un hücumçusu Luis Dias bu ilin yayında iş yerini dəyişə bilər.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, onun xidmətində "Atletiko Madrid" maraqlıdır.

Mənbə İspaniya nəhənginin 28 yaşlı forvardın transferi üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb. Xəbərə görə, paytaxt təmsilçisi Diası MLS klublarından birinə keçəcəyi gözlənilən fransalı ulduz Antuan Qrizmanna ən layiqli əvəzləyici sayır. "Qırmızılar"ın ön xətt oyunçusu üçün qarşı tərəfdən azı 60 milyon avro tələb edəcəyi bildirilib.

Qeyd edək ki, sözügedən oyunçunun "Liverpul" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm kolumbiyalı oyunçu bütün turnirlərdə 38 matça çıxaraq13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər