"Liverpul" Bundesliqanın qolçusunu İngiltərəyə qaytarır

"Liverpul" Bundesliqanın qolçusunu İngiltərəyə qaytarır

İngiltərənin "Liverpul" klubu "Borussiya "Dortmund"un ingilis hücumçusu Ceymi Bayno-Qittensi trasnfer etməyə çalışır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.

Mənbənin məlumatına görə, "qırmızılar" müqaviləsi bitdikdən sonra Səudiyyə Ərəbistanına köçəcəyi gözlənilən Məhəmməd Salahın yerinə Ceyminin heyətə cəlb olunması variantını nəzərdən keçirir. “Liverpul” artıq Almaniya nəhəngi ilə danışıqlara başlayıb. Almanlar futbolçusu üçün 100 milyon avro istəyir.

Ceymi Bayno-Qittens bu mövsüm "Borussiya"nın heyətində 11 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər