"Liverpul" bu futbolçuları alır - ADLAR

"Liverpul" bu futbolçuları alır - ADLAR

"Liverpul"un sıralarına cəlb etmək istədiyi müdafiəçilərin adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "CaughtOffside" yayıb.

Xəbərə görə, "qırmızılar" 2025-ci ilin yayında "Sevilya"nın 24 yaşlı mərkəz müdafiəçisi Luak Badeni və "Sportinq"in 23 yaşlı stopperi Qonsalu İnasiunu sıralarına cəlb etməyi hədəfləyib.

Cari mövsüm Bade La Liqada 7 oyuna çıxıb. Fransalı futbolçu bu qarşılaşmalarda məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Bütün turnirlərdə 10 qarşılaşmada iştirak edən İnasiu isə 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Qonsalunun "Spotinq"lə anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər