"Liverpul" Almaniya nəhənginin 3 ulduzunu istəyir - SON DURUM

"Liverpul" Almaniya nəhənginin 3 ulduzunu istəyir - SON DURUM

"Bayer Leverkuzen"in üç oyunçusu eyni anda "Liverpul"un maraq dairəsinə düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb. 

Mənbənin məlumatına görə, mersisaydlılar Almaniya çempionunun Florian Virts, Ceremi Frimponq və Ezekyel Palasiosu heyətinə cəlb etmək istəyir. Onlardan ən azı birinin növbəti transfer pəncərəsində “Liverpul”un sıralarına qoşulması mümkündür. 

İngiltərə Premyer Liqasının bu mövsümündə Arne Slotun komandası dörd qələbə qazanıb və bir məğlubiyyətlə üzləşib. “Liverpul” 12 xal toplayıb və lider “Mançester Siti”dən bir xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər