"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

"Komo" "Çelsi"nin müdafiəçisini almaq üzrədir

"Komo" "Çelsi"nin müdafiəçisi Trevor Çalobanın transferini bitirmək üzrədir. 

Fanat.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, "mavilər" bir neçə gün öncə 27 yaşlı ingilis futbolçunun "Komo"ya satılmasına razılaşıb. Transferin qiymətinin 30 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 47 matçda 3 qolla seçilib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər