Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Gəncə klunun rəqibi “Sumqayıt” olub.
Şahin Diniyevin komandanın baş məşqçi vəzifəsindəki debütü uğurlu alınıb. Gəncə klubu “Dalğa Arena”da keçirilən matçda rəqibini 1:0 hesabı ilə məğlub edib. Azad Kərimovun 10-cu dəqiqədə vurduğu qol “Kəpəz”in qələbəsini rəsmiləşdirib.
Fanat.az