Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, bu gün III dövrəyə start verilib. XIX turun ilk oyun günündə iki matç baş tutub.
2016-cı ilin ilk oyununda "Kəpəz" "Qəbələ"ni qəbul edib. Meydan sahiblər çempionluq uğrunda mübarizə aparan rəqibi 3:0 hesabı ilə yenib. Hesabı 26-cı dəqiqədə Julien Ebah açıb. 57-ci dəqiqədə "Kəpəz"də debüt oyununu keçirən Namiq Ələsgərov fərqlənib. Son nöqtəni isə 75-ci dəqiqədə dublunu rəsmiləşdirən Julien Ebah qoyub.
Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı sınağa çəkib. Oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Matçın yeganə qoluna 55-ci dəqiqədə Ruslan Qurbanov imza atıb.
Qeyd edək ki, XIX turun qalan 3 oyunu sabah baş tutacaq.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XIX tur
30 yanvar
Kəpəz - Qəbələ 3:0
Qollar: Julien Ebah, 26; 75. Namiq Ələsgərov, 57.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Junionyo (15. Azad Kərimov, 83), 8. Budaq Nəsirov (4. Elvin Cəbrayıllı, 87), 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 80. Tural Rzayev (27. Bəxtiyar Soltanov, 73), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 99. Əli Səmədov.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Andrey Popoviç, 3. Voyislav Stankoviç, 6. Rəşad Sadiqov (32. Rəşad Eyyubov, 67), 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov (69. Aleksey Antonov, 15), 10. Dodo (k), 18. Vadim Abdullayev (25. Qismət Alıyev, 77), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 22. Dmitri Bezatosnı, 15. Vitali Vernidub, 20. Rikardinyo, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Şəhriyar Əliyev, 45+1 (qeyri-idman hərəkəti). Budaq Nəsirov, 82 (qeyri-idman hərəkəti) - Ermin Zets, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Nahid Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu. 9000 tamaşaçı.
Neftçi - Sumqayıt 1:0
Qol: Ruslan Qurbanov, 55.
Neftçi: 1. Aqil Məmmədov, 3. Jayro Rodriqes, 5. Melli, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 20. Anete, 26. Kamal Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 61. Təyyar Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
Sumqayıt: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nicat Muxtarov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Bakcell Arena”. Saat 16.30.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 18 | 11 | 5 | 2 | 28-12 | 38 | |
| 2 | İnter | 18 | 8 | 6 | 4 | 18-12 | 30 | |
| 3 | Kəpəz | 19 | 7 | 8 | 4 | 22-17 | 29 | |
| 4 | Zirə | 18 | 7 | 8 | 3 | 16-13 | 29 | |
| 5 | Qəbələ | 19 | 7 | 7 | 5 | 24-16 | 28 | |
| 6 | Neftçi | 19 | 7 | 6 | 6 | 20-18 | 27 | |
| 7 | AZAL | 18 | 6 | 4 | 8 | 11-17 | 22 | |
| 8 | Sumqayıt | 19 | 3 | 9 | 7 | 23-29 | 18 | |
| 9 | Xəzər Lənkəran | 18 | 3 | 3 | 12 | 10-24 | 12 | |
| 10 | Rəvan | 18 | 2 | 6 | 10 | 12-26 | 6 | |
| Bombardirlər | Riçard Almeyda (Qarabağ), Ruslan Qurbanov (Neftçi) - 7. Amil Yunanov (Sumqayıt), Aleksey Antonov (Qəbələ) - 6. | |||||||
Fanat.az