"Kəpəz" "Neftçi" ilə oyuna itkisiz hazırlaşır

"Kəpəz" "Neftçi" ilə oyuna itkisiz hazırlaşır

Misli Premyer Liqasının 33-cü turunda "Neftçi"nin qonağı olacaq "Kəpəz" oyunun hazırlıqlarını davam etdirir.

"Sarı-göylər"in sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, komanda tam heyətlə məşq edir:

"Hazırda cəzalı və zədəli futbolçumuz yoxdur". 

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" qarşılaşması mayın 4-də keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək. 32 tura 36 xal toplayan "ağ-qaralar" turnir cədvəlinin 6-cı, 28 xalı olan bölgə təmsilçisi isə 9-cu pilləsində mövqe tutub.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər