"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

Yeni mövsümdə Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan"dan ayrılan İzzət Müştaqov karyerasını hansı klubda çıxış edəcəyi dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı müdafiəçi 1-ci Liqada oynayacaq.

İzzət karyerasını MOİK-də davam etdirəcək. Tərəflər artıq şərtlərlə bağlı razılığa gəliblər.

Xatırladaq ki, Yevlax təmsilçisi 1-ci Liqada 3-cü yeri tutaraq Premyer Liqaya yüksəlib. "Ağ-qaralar" yekunda 47 xal toplayıblar. "Hərbçilər" isə mövsümü 30 xalla 6-cı pillədə başa vurublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər