"Kalmar" "Neftçi"nin aqibətini yaşayır

"Kalmar" "Neftçi"nin aqibətini yaşayır
"Neftçi"nin "Kalmar"a icarəyə verdiyi Melvin Platye hələlik İsveçdə də özünü doğrulda bilmir. Fanat.az xəbər verir ki, holland futbolçu komandasının yeni mövsümdə keçirdiyi üç oyundan ikisinin iştirakçısı olub.
"Brommapoykarna" ilə matçın (2:1), "Atvidaberq"lə görüşün (2:2) 66-cı dəqiqəsində meydana çıxan Platye iki oyunda 38 dəqiqə oynayıb. "Kalmar"ın baş məşqçisi Hans Eklund aprelin 14-də "Elfsborq"la matçda ona şans verməyib.
Qeyd edək ki, Platye "Neftçi"nin ən uğursuz transferlərindən biri hesab olunur. Bakı klubuna yayda "Neymengem"dən gələn hücumçu 19 oyunda 796 dəqiqə oynayıb və 2 qola imza atıb. O, "Kalmar"a icarəyə verilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər