"Kalmar" futbolçusunu "Neftçi"yə qaytarmır

"Kalmar" futbolçusunu "Neftçi"yə qaytarmır
"Melvin Platyenin icarə müddəti başa çatıb və biz onun komandamızda oynamağa davam etməsini istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri İsveçin “Kalmar” klubunun baş məşqçisi Maqnus Nilsson deyib.
"Neftçi"yə məxsus futbolçunun İsveç klubu ilə icarə müqaviləsi başa çatıb. Lakin Maqnus Nilsson holland forvardın komandasında qalmasını istəyir: "Onun Azərbaycandan olan sahibkarları ilə danışıqlar masası arxasına oturmaq niyyətindəyik".
"Kalmar"ın idman direktoru Tomas Anderson Borstam da holland futbolçunu saxlamaq istədiklərini bildirib: "Platyeni komandada saxlamaq istəyirik. O, bizə lazımdı. Onu “Neftçi”dən icarəyə götürmüşük. İcarə müddəti bitsə də, onu geri vermək istəmirik. Azərbaycan klubu ilə danışacağıq. Əgər icazə versələr, növbəti mövsüm də futbolçunu öz komandamızda saxlayacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər