"Çixura"nın baş məşqçi: "Neftçi" "Bursaspor" deyil"

"Çixura"nın baş məşqçi: "Neftçi" "Bursaspor" deyil"
"Mən 8 ildi ki, komandaya rəhbərlik edirəm və indiyə qədər penaltilər seriyasında mərhələ adlaya bilməmişdik. Çox şadam ki, ilk dəfə belə uğura imza atdıq. "Bursaspor"un səviyyəli futbolçularının oynamasına və sürətli hücumlar təşkil etməsinə mane olmaq üçün zonaları bağlamağa çalışdıq. "Çixura" planlı şəkildə oyunu penaltilər seriyasına daşıdı və burada bəxtimiz gətirdi". Fanat.az xəbər verir ki, bu sözdəri Avropa Liqasının II təsnifat mərhələsində "Bursaspor"u penalti seriyasında üstələyən "Çixura"nın baş məşqçisi Samson Pruidze deyib.
"Çixura" III təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq. Baş məşqçi komandamızla bağlı da fikir bildirib: "Biz az-çox tanışıq. Mən növbəti rəqib haqda yalnız xoş sözlər deyə bilərəm. Əlbəttə ki, "Neftçi" "Bursaspor" deyil, ancaq bu komandanın yaxşı yerli və əcnəbi futbolçuları var. Biz sübut etdik ki, Avropanın orta səviyyəli güclü komandasına qarşı oynaya bilərik. Əgər şans bizim tərəfdə olsa, istənilən rəqib üzərində qələbə qazanmaq mümkündür".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər