Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Çixura" - "Neftçi" matçının başlama saatı açıqlanıb. Fanat.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 7-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Oyuna Tiflisdəki Mixail Mesxi adına stadion ev sahibliyi edəcək. 2001-ci ildə istifadəyə verilən arenanın azarkeş tutumu 27223 nəfərdi. Bu stadionda gələn ilk UEFA Super Kubokunun oyunu keçiriləcək.
Qeyd edək ki, "Neftçi" və "Çixura" arasında ilk oyun iyulun 31-də "Bakcell Arena"da keçiriləcək və saat 20.00-da başlayacaq.
Fanat.az