Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16.00-da başlayacaq və İsveçrənin Nyon şəhərindəki mərasimdə "İnter"lə "Neftçi"nin də potensial rəqibləri müəyyənləşib.
II təsnifat mərhələsi başa çatmadığından püşkdə cütlər iştirak edib. Belə ki, səbətdən "İnter" və "Neftçi" deyil, "Elfsborq" - "İnter" və "Neftçi" - "Koper" cütü çıxıb.
Püşk "Elfsborq" (İsveç) - "İnter" (Azərbaycan) cütünün qalibini "Neman" (Belarus) - "Hafnarfyordur" (İslandiya) matçlarının qalibi ilə üz-üzə qoyub. "İnter" səfərdə keçirdiyi ilk oyunda rəqibini 1:0 hesabı ilə yenib. "Neman" - "Hafnarfyordur" oyunu isə 1:1 hesabı ilə başa çatıb.
"Neftçi" (Azərbaycan) - "Koper" (Sloveniya) cütünün qalibi "Bursaspor" (Türkiyə) - "Çixura" (Gürcüstan) oyunlarının qalibi ilə qarşılaşacaq. "Neftçi" evdə keçirdiyi ilk oyunda sloveniyalılara yenilib - 1:2. "Bursaspor" - "Çixura" oyunu isə 0:0 hesabı ilə başa çatıb. "Neftçi" "Koper"i keçsə, "Bursaspor" "Çixura"nı mübarizədən kənarlaşdıraraq Bakıya gələ bilər.
Avropa Liqası
II təsnifat mərhələsi
Elfsborq (İsveç)//İnter (Azərbaycan) - Neman (Belarus)//Hafnarfyordur (İslandiya)
Neftçi (Azərbaycan)//Koper (Sloveniya) - Bursaspor (Türkiyə)//Çixura (Gürcüstan)
Karabükspor (Türkiyə) - Rusenborq (Norveç)//Sliqo Rovers (İrlandiya)
Trençin (Slovakiya)//Voyvodina (Serbiya) - Hall Siti (İngiltərə)
Sarayevo (Bosniya və Herseqovina)//Hauqesund (Norveç) - Atromitos (Yunanıstan)
Rux (Polşa)//Vaduts (Lixtenşteyn) - Kayrat (Qazaxıstan)//Esbyerq (Danimarka)
Çernomorets (Ukrayna) - Split (Xorvatiya)//Hapoel (Beer-Şeva, İsrail)
Buduçnost (Çernoqoriya)//Omoniya (Cənubi Kipr) - Metallurq (Makedoniya)//Jelezniçar (Bosniya və Herseqovina)
Real Sosyedad (İspaniya) - Aberdin (Şotlandiya)//Qroningen (Hollandiya)
Dinamo (Moskva, Rusiya) - Hapoel (Kiryat-Şmona, İsrail)
Lütsern (İsveçrə)//Sent-Conston (Şotlandiya) - Zestafoni (Gürcüstan)//Spartak (Trnava, Slovakiya)
Torino (İtaliya) - Brommapoykarna (İsveç)//Krusaders (Şimali İrlandiya)
Astana (Qazaxıstan)//Hapoel (Təl-Əviv, İsrail) - Linfild (Şimali İrlandiya)//AİK (İsveç)
Yanq Boyz (İsveçrə) - Ermis (Cənubi Kipr)
Maynts 05 (Almaniya) - Rovaniemi (Finlandiya)//Asteras (Yunanıstan)
PSV (Hollandiya) - Botev (Bolqarıstan)//Sankt-Polten (Avstriya)
Sulte-Varegem (Belçika)//Zavişa (Polşa) - Derrri Siti (İrlandiya)//Şaxtyor (Belarus)
Liteks (Bolqarıstan)//Diosqyori (Macarsıtan) - Kalev (Estoniya)//Krasnodar (Rusiya)
Motervell (Şotlandiya)//Styarnan (İslandiya) - Nomme Kalyu (Estoniya)//Lex (Polşa)
Petrolul (Rumıniya)//Flamurtari (Albaniya) - Viktoriya (Çexiya)
Mlada (Çexiya)//Şiroki Briyeq (Bosniya və Herseqovina) - Olimpik (Lion, Fransa)
Laçi (Albaniya)//Zarya (Ukrayna) - Molde (Norveç)//Nova Qoritsa (Sloveniya)
Astra (Rumıniya) - Slovan (Çexiya)//Koşitse (Slovakiya)
Çukariçki (Serbiya)//Qrödiq (Avstriya) - ÇSKA (Bolqarıstan)//Zimbru (Moldova)
Vikinqur (Farer adaları)//Tromse (Norveç) - Riyeka (Xorvatiya)//Ferentsvaroş (Macarıstan)
Atlantas (Litva)//Şaxtyor (Qazaxıstan) - Dandalk (İrlandiya)//Hayduk (Xorvatiya)
Dinamo (Belarus)//Fulafyordur (Farer adaları) - ÇFR (Rumıniya)//Yaqodina (Serbiya) cütünün qalibi
Qyor ETO (Macarıstan)//Göteborq (İsveç) - Rio Ave (Portuqaliya)
Brügge (Belçika) - Bröndbü (Danimarka)
Fanat.az