"İnter"in Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, Bakı təmsilçisi İslandiyanın "Hafnarfyordur" klubu ilə qarşılaşacaq.
İslandlar I təsnifat mərhələsində Finlandiyanın SJK klubunu mübarizədən kənaraşdırıb. "Hafnarfyordur" hər iki oyunda 1:0 hesablı qələbə qazanaraq "İnter"ə rəqib olub.
Qeyd edək ki, "İnter" I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubunu mübarizədən kənarlaşdırıb.
Fanat.az