"İnter" "kiçik qardaşı" "Simurq"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze Zaqataladakı matçda iki futbolçunun xidmətindən yararlanmayacaq.
Belə ki, müdafiəçi Brüs Abdulaye və Vaqif Cavadov oyunu buraxacaq. Buna səbəb hər iki futbolçunun cəzalı duruma düşməsidi. Belə ki, Vaqif "Rəvan"la oyununda 90+3-ü dəqiqəsində qeyri-idman hərəkətinə, Brüs Abdulaye isə 90+5-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə alaraq, limiti doldurub.
Hər iki futbolçunun oyunun son dəqiqələrdə vərəqə alması müəyyən şübhələrə yol açır. Görünür, "İnter" "kiçik qardaşı" ilə oyunda istədiyi nəticəni qazanacağına əmindi ki, aparıcı futbolçularını bu oyunda meydana buraxmağı lazım bilməyib. Buna görə də, hər iki futbolçu vərəqə limitini doldurmaqla, cəzalarını məhz bu oyunda çəkmək qərarına gəliblər. Hər halda, XXII turda "İnter" "Neftçi" ilə çətin səfər oyunu gözləyir. Vaqiflə Brüs "Simurq" matçında sarı vərəqə alsaydı, paytaxt derbisini buraxmalı olacaqdılar.
Fanat.az