"İnter" ardıcıl 4 oyunda qolsuz heç-heçə etməklə diqqət mərkəzinə düşüb. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunda “Simurq”, IX turunda “Neftçi”, X turunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edən paytaxt təmsilçisi XI turda "Sumqayıt"la da matçdan qolsuz “sülh”lə ayrılıb. Ardıcıl 4 görüşdə qol vurmadan 1 xal qazanmaq “İnter”in tarixində ilk belə haldı.
Bununla da "İnter"in ardıcıl heç-heçə seriyası isə 5-ə çatıb. Belə ki, qolsuz başa çatan 4 görüşdən öncə bakılılar AZAL-la 1:1 hesabı ilə ayrılmışdı. Bununla da heç-heçə seriyalarında Azərbaycan çempionatlarının rekordu təkrarlanıb. Bundan əvvəl “Neftçi” 1993/94 və 2010/11, “Qarabağ” 1999/2000, “Kəpəz” 2010/11 mövsümlərində 5 ardıcıl qarşılaşmada 1 xal əldə edib.
Fanat.az