"İmişli"dən ayrıldı, "Səbail"ə keçdi

"İmişli"dən ayrıldı, "Səbail"ə keçdi

1-ci Liqada çempionluğu hədəfləyən "Səbail" növbəti transferini həyata keçirib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Son iş yeri Premyer Liqa təmsilçisi "İmişli" olan yarımmüdafiəçi Abbas Ağazadə ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı Abbas ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər