"Liverpul"un baş məşqçisi Arne Slot ingilis hakimlər haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" təcrübəli mütəxəssisin dediklərini belə təqdim edib: “Avropa yarışlarında bir-iki dəfə görmüşəm ki, məşqçilər hakimə təsir edə biliblər. Belə anlarda düşünürsən ki, sən də nəsə etməlisən. Ancaq İngiltərədə belə bir şeylə ümumiyyətlə qarşılaşmamışam. Bütün əvvəlki oyunlarda olduğu kimi, keçən bazar günü "Çelsi" ilə matçda da emosional davranışım hakimlərə təsir etmədi”.
Qeyd edək ki, "Liverpul" bu gün İngiltərə Premyer Liqası çərçivəsində səfərdə "Arsenal"la qarşılaşacaq.
Mirağa