"Hafnarfyordur"un kapitanı: "Bizim üçün çətin olacaq"

"Hafnarfyordur"un kapitanı: "Bizim üçün çətin olacaq"
İslandiyanın "Hafnarfyordur" klubunun kapitanı David Vidarsson Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, island futbolçu bunları deyib: 
"Bizim üçün çətin qarşılaşma olacaq. Doğma meydanda məğlub olmuşuq. "İnter" səddini keçmək asan olmayacaq. İlk matçı unudub öz oyunumuzu göstərməyə çalışacağıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Komandada yüksək motivasiya var. Məncə, qələbə qazana bilərik. Rəqib ilk matçın ikinci hissəsində güclü mübarizə aparmışdı. Hazırda "Atletik"lə oyunu düşünmək vaxtı deyil. Əsas odu ki, "İnter"ə qalib gələk".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər