"Hafnarfyordur"un baş məşqçisi ümid edir

"Hafnarfyordur"un baş məşqçisi ümid edir
"Hafnarfyordur"un (İslandiya) baş məşqçisi Heymir Qudyonsson Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, Bakıda mətbuat konfransı keçirən baş məşqçi bunları deyib: 
"İlk oyunda pis oynamadıq, sadəcə, səhvlərimiz oldu. Qırmızı vərəqə və penaltidən sonra oyun dəyişdi. Amma cavab oyununa müsbət əhval-ruhiyyədə köklənmişik. 
Çətin oyun olacağını bilirik. Stimul da var. Çünki sabahkı oyunda qalib gəlsək, İspaniya "Atletik"i kimi rəqibə qarşı oynamaq şansı qazanacağıq. Bu üzdən növbəti mərhələyə vəsiqə qazanmağı çox istəyirik. Bizim üçün bu, vacibdi. 
Ümid edirik ki, “Neftçi” ilə oyundakı tarix təkrarlanmayacaq. O vaxt da komandamız evdə 1:2, səfədə 0:2 hesabıyla uduzmuşdu. Yeri gəlmişkən, həmin oyunlarda mən də iştirak etmişdim. 
Hazırda Bakıda çox isti var. Amma oyun saat 21.00-da start götürəcək. Ona görə havanın sərin olacağına ümidliyəm. İsti hava şəraitinin oyunumuza mane olacağını düşünmürəm". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər