Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, artıq bütün 1/8 finalçıların adı məlumdu.
Türkiyənin “Fənərbaxça” klubu mərhələ adlayıb. İlk oyunda “Lokomotiv”i 2:0 hesabı ilə yenən istanbullular Moskvada 1:1 hesablı bərabərliyə nail olub.
“Qalatasaray” isə Romada “Latsio”ya boyun əyib. “Türk Telekom Arena”da qollu heç-heçəyə razılaşan “sarı-qırmızılılar” səfərdə 1:3 hesabı ilə məğlub olaraq, Avropa macərasına son qoyub.
İspaniyanın bu turnirdəki 4 klubu da növbəti mərhələ sevinci yaşayıb. "Valensiya", "Atletik", "Sevilya" və "Vilyareal" uyğun olaraq "Rapid", "Marsel", "Mölde" və "Napoli"ni mübarizədən kənarlaşdırıblar.
İlk matçda Danimarka “Midtyulland”ına sürpriz şəkildə uduzan “Mançester Yunayted” bunun əvəzini ağır şəkildə çıxıb. "Qırmızı şeytanlar" doğma "Old Trafford"a rəqibini 5:1 hesabı ilə darmadağın edib.
"Olimpiakos" - "Anderlext" görüşü isə uzatma dəqiqələrinə qalıb. İlk oyunda öz meydanında "Anderlext" minimal hesabla qalib gəlsə də, ikinci oyun yunanların eyni hesablı qələbəsi ilə başa çatıb. Turu keçən tərəfi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqəyə ehtiyac yaranıb. Burada isə 2 qol vuran belçikalılar mərhələni keçmək sevincini yaşayıblar.
Avropa Liqası
1/16 final
Cavab görüşləri
25 fevral
“Lokomotiv” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) 1:1
Qollar: Səmədov, 45 - Mehmet Topal, 83
İlk oyun - 0:2
“Atletik” (İspaniya) - “Marsel” (Fransa) 1:1
Qollar: Merino, 81 - Batsuayi, 40
İlk oyun - 1:0
“Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya) 3:1
Qollar: Bellarabi, 30, 65, Hakan, 87 - Mario, 38
İlk oyun - 1:0
“Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya) 0:3
Qollar: Mareçek, 51, Fridik, 57, Fatai, 70
İlk oyun - 0:1
“Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə) 3:1
Qollar: Parolo, 59, Anderson, 61, Kloze, 71 - Yasin, 62
İlk oyun - 1:1
“Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya) 1:0
Qol: Milner, 5
İlk oyun - 0:0
“Rapid” (Avstriya) - “Valensiya” (İspaniya) 0:4
Qol: Rodriqo, 59, Fequli, 64, Piatti, 72, Vezo, 88
İlk oyun - 0:6
“Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna) 0:3
Qol: Marlos, 27, Ferreyra, 63, Kovalenko, 77
İlk oyun - 0:0
“Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa) 2:1
Qollar: Zuffi, 15, 90+2 - Sall, 90
İlk oyun - 2:3
“Porto” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 0:1
Qol: Kasilyas, 23 (öz qapısına)
İlk oyun - 0:2
“Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka) 5:1
Qollar: Bodurov, 32 (öz qapısına), Raşford, 64, 75, Herrera, 88, Depay, 90 - Sistov, 28
İlk oyun - 1:2
“Mölde” (Norveç) - “Sevilya” (İspaniya) 1:0
Qol: Hestad, 43
İlk oyun - 0:3
“Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya) 1:1
Qollar: Hamşik, 17 - Pina, 59
İlk oyun - 0:1
“Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika) 1:2 (ə.v.)
Qollar: Fortnuis, 29 (pen.) - Aşamponq, 103,112
İlk oyun - 0:1
“Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya) 3:0
Qollar: Meyson, 25, Lamela, 63, Rodrigez, 81 (öz qapısına)
İlk oyun - 1:1
Fanat.az