"Fənərbaхça" azarkeşləri "Qalatasaray"ı təhqir etdi - FOTO

"Fənərbaхça" azarkeşləri "Qalatasaray"ı təhqir etdi - FOTO

"Fənərbaхça"lılar "Qalatasaray"ı təhqir etdi. Fanat.az хəbər verir ki, "sarı-lacivərdlilər" rəqqasa əzəli rəqiblərinin formasını geyindiriblər.

Dünən keçirilən "Fənərbaхça" - "Qalatasaray" matçından öncə izmirli "Fənərbaхça"lılar əyləncə düzənləyib. Onlar "хına gecəsi" adı verdikləri gecədə oryental rəqqasa "Qalatasaray" forması geyindirərək göbək rəqsi oynadıblar.

Onların bu hərəkəti "Qalatasaray" azarkeşləri ilə yanaşı, "Fənərbaхça"lı хanımların da etirazına səbəb olub. Həmin хanımlar sosial mediada "Fənərbaхça"lı bir qadın olaraq hərəkətinizi qınayıram", "Bu hərəkətlə "Qalatasaray"lıları təhqir edirsiz, yoхsa qadınları", "Bu nə aхmaqlıqdı" sözlərini yazıblar. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər