"Fənərbağça"nın müdafiəçisi Moskva klubunda? - SON DURUM

"Fənərbağça"nın müdafiəçisi Moskva klubunda? - SON DURUM

Türkiyənin "Fənərbağça" klubunun 24 yaşlı sol cinah müdafiəçisi Levent Mercan karyerasını Rusiyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "HTSpor" yayıb.

Xəbərə görə, onun xidmətində Moskva "Lokomotiv"i maraqlıdır. Mənbə İstanbul nəhənginin Mercanı müntəzəm oynaya biləcəyi kluba satmağa hazır olduğunu vurğulayıb. Sözügedən oyunçunu "Cenoa" (İtaliya) və "Braqa"nın da diqqətdə saxladıqları bildirilib.

Cari mövsüm Super Liqada cəmi 2 matçda forma şansı qazanan Levent bu qarşılaşmalarda ümumilikdə 10 dəqiqə oynayıb. Onun "Fənərbağça" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Mercanın transfer qiymətini 2,3 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər