"Fənərbağça"nın futbolçusu üçün mövsüm vaxtından əvvəl bitdi

"Fənərbağça"nın futbolçusu üçün mövsüm vaxtından əvvəl bitdi

"Fənərbağça"nın futbolçusu Ceyden Osdervolde üçün mövsüm vaxtından əvvəl başa çatıb. 

Fanat.Az xəbər verir ki, bunu İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyu mətbuat konfransında açıqlayıb.

UEFA Avropa Liqasının Liqa mərhələsində "Mançester Yunayted"ə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandıran portuqaliyalı mütəxəssis 23 yaşlı müdafiəçinin zədəsinin ciddi olduğunu deyib:

"Mayda 1-2 oyun üçün qayıtsa, bu, sürpriz olacaq".

Qeyd edək ki, Osdervolde 2023-cü ildən "Fənərbağça"da çıxış edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər